Ailə Əsaslı Qayğı

Ailə qayğısından məhrum uşaqlara SOS Uşaq Kəndinə qəbul tarixindən müstəqil həyata atılana qədər SOS strukturu çərçivəsində uzun müddətli qayğı göstərilir. Qayğının əsas məqsədi uşaqların öz həyatını idarə edə bilməsı üçün böyüyüb inkişaf etmələri və tam müstəqillik əldə edənə qədər  onlara əlverişli ailə mühitinin yaradılmasıdır. Bu məqsədlə Uşaq Kəndləri ərazilərində ailə evləri yaradılır və uşaqlar burada SOS ana və xalalar vasitəsilə ailə əsaslı qayğı ilə təmin olunurlar.

SOS Uşaq Kəndlərində uşaqlara qayğı xidmətinin yekun nəticəsi müstəqil həyatı idarə etmə və cəmiyyətə inteqrasiya etmə bacarığının olmasıdır.

SOS modeli çərçivəsində 4 mərhələdən ibarət xidmət təqdim edilir:

  • SOS Uşaq Kəndi(UK)
  • Gənclər Evi(GE)
  • Yarımmüstəqil həyat(YMH)
  • Müstəqil həyat(MH)

SOS Uşaq Kəndində yaşayan SOS analar əsas tərbiyəçilərdir. İlk olaraq, SOS anası uşağın güc və maraq sahəsini müəyyən edir, daha sonra rəsmi planlaşma toplantılarında onlar haqqında Çoxprofilli komanda(ÇPK) ilə müzakirələr aparır.

Uşaq Kəndi Proqramı 2 seçim təqdim edir. 15 yaşa çatan yeniyetmə SOS ailəsində qala və ya Gənclər Evinə göndərilə bilər. Bu seçimlər barədə verilən qərar gənc şəxsin fərdi inkişaf ehtiyacları və onun maraqlarına əsaslanır. SOS analar gənclərlə işləmək üçün əlavə təlimlər alırlar. Bu məsələ ilə bağlı müntəzəm olaraq davamlı  müzakirələr təşkil edilir.

Bu fəaliyyətdə hər bir əməkdaş üçün əsas yardım uşaqların Fərdi İnkişaf Planıdır, çünki bu proses uşağın inkişafı üçün güc və bacarıqları, uşağın bilik və potensialından maksimum istifadə edə biləcəyi əsas sahəni müəyyən etməyə kömək edir.