Biz Necə işləyirik?

Bizim missiyamız valideyn himayəsindən məhrum uşaqlar üçün ailələr yaratmaq, onların öz  gələcəklərini formalaşdırmalarında kömək etməkdir.

Biz valideyn himayəsindən məhrum olmuş uşaqların ailə daxilində uzunmüddətli münasibətlər qurmalarına şərait yaradırıq.

Biz uşaqlara öz mədəniyyətlərinə və dini əqidələrinə uyğun yaşayaraq cəmiyyətin fəal üzvləri kimi formalaşmaqda kömək edirik.

Fərdi qabiliyyətlərini, maraq və istedadlarını üzə çıxarmağa, müxtəlif uğurlara və nailiyyətlərə imza atmalarına, cəmiyyətdə özlərini ifadə etmələrinə yol göstərir və köməklik edirik.

Biz ailələri möhkəmləndirmək və uşaqların atılma riskinin qarşısını almaq məqsədilə proqramlar hazırlayırıq.

Biz uşaqlarımıza AILƏ ƏSASLI QAYĞI göstəririk.

Ailə əsaslı qayğı modeli 4 əsas prinsipdən ibarətdir:

 Ana: Hər uşağın qayğıkeş valideyni vardır

Bacı və qardaşlar: Ailə bağları təbii formada inkişaf edir

Ev: Hər ailə öz evini qurur

 Uşaq Kəndi: SOS ailə cəmiyyətin bir parçasıdır

SOS Uşaq Kəndlərinə uşaq qəbulu:

Ana şəfqətinə və mehriban ailə qayğısına ehtiyacı olan hər bir uşağın SOS Ailəsində yeri var. Ananın himayəsində bacı və qardaşları ilə böyüyən uşaqlar Evi tərk etdikdən sonra da ailəni unutmur, aralarında yaranmış emosional bağları qoruyub saxlayırlar. Bir Ailənin formalaşması üçün onun təməlinin sağlam olması vacibdir.

SOS Uşaq Kəndlərinə uşaq qəbulu meyarları:

  • Valideynlərini itirmiş uşaqlar.
  • Valideynləri vəfat etmiş 8 yaşına qədər uşaqlar.
  • Valideyn qayğısından məhrum olan uşaqlar.
  • Valideynləri bilinməyən uşaqlar.
  • Hər iki valideyni valideyinlik hüququdan məhrum olan uşaqlar.
  • Hər iki valideyni itmiş və yaxud ölmüş kimi elan olunan uşaqlar.
  • Valideyinləri əlil olan uşaqlar.
  • Valideyinləri xəstə olan uşaqlar.
  • Valideynləri övladlarına tərbiyə vermək hüququndan və bu hüquqları qorumaqdan imtina etmiş uşaqlar.

Valideynlərindən biri vəfat etmiş, həbs olunmuş və ya itmiş, digər valideyni isə ruhi xəstə, I və ya II qrup əlil olan uşaqlar isə Rayon İcra Hakimiyyətinin rəsmi məktubu əsasında qəbul edilir.