Gənclərə Qayğı

Gənclər evi SOS Uşaq Kəndinin nəzdində fəaliyyət göstərir. Əsas hədəfi gəncləri müstəqil həyata hazırlamaq, sosial və həyati bacarıqlarını artırmaq, karyeranın idarə edilməsində onlara yardım və işlə tanışlığı təmin etməkdir. GE-də gənclər qərar vermək, problemlərini özləri həll etmək, öz hərəkətlərinə görə məsuliyyət daşımaq kimi bacarıqları əldə edir. Gənclər evində yaşayış hər bir gəncin yarımmüstəqil, daha sonra isə müstəqil həyata hazırlanmasına kömək edir.

Aşağıdakı hallarda məqsəd yerinə yetirilmiş hesab edilir.

Gənclər qayğını tərk edən zaman:

  • Vacib təhsil və ya ixtisas əldə etdikdə,
  • Daimi işi və sabit gəlirləri olduqda,
  • Daimi yaşayış yerləri olduqda,
  • Ətrafdan yardım almadan öz problemlərini həll edə bildikdə,
  • Hüquq və öhdəliklərini bildikdə,
  • Keçmişlərini qəbul edə bildikdə.

 

Bakı Uşaq Kəndi proqramında 2 GE, Gəncədə isə 1 GE vardır.

Yarımmüstəqil/Müstəqil Həyata hazırlıq (YMH/MH)

SOS yarımmüstəqil həyat proqramı SOS-da qayğıdan sonranın əsas formasıdır. Bu, SOS uşaq qayğısının son mərhələsidir. Bu mərhələnin ümumi məqsədi tam müstəqil həyata və gənc şəxslərin öz həyatını idarə etmək üçün məsuliyyətini dərk etmə bacarığına düzgün keçidin təmin edilməsidir. YMH proqramı maksimum 3 il həyata keçirilir, bundan sonra SOS qayğısı bitir və gənc şəxs tam müstəqil həyata başlayır.

Məqsəd

YMH-ın məqsədi  gənclərin müstəqil yaşayış bacarıqlarını daha da inkişaf etdirmək və onları müstəqil həyata hazırlamaqdır.

Bu mərhələdə gənc insanlara dəstək vermək daimi iş yeri və sabit gəlir əldə etməyə, müstəqil yaşayış təcrübəsinin əldə edilməsinə, həmçinin müvafiq məzun evlərinin alınmasına yönəldilmişdir.