Günərzi Qayğı Mərkəzi

2016-cı ilin may ayından Bakı və Gəncə şəhərlərində fəaliyyətə başlayan Günərzi Qayğı Mərkəzi layihələrinin əsas məqsədi atılma riski altında olan uşaqlar və onların ailələrinə dəstək göstərməklə uşaqların uşaq müəssisəsinə düşməsinin qarşısını almaqdır. BMT-nin Uşaq Hüquqları Konvensiyasını əsas tutan Mərkəz uşaqların ən vacib hüquqlarından birinin – uşağın öz bioloji ailəsində yaşamaq hüququnun həyata keçməsini təmin edir.

Mərkəzdə aşağıdakı vəzifələr həyata keçirilir:

  • 3-6 yaş qrupuna aid olan uşaqların sağlam və təhlükəsiz inkişafı üçün ilkin ehtiyaclarının və onların vacib xidmətlərə çıxışının təmin olunması;
  • uşaqlara təhsil, psixo-sosial dəstək göstərməklə sağlam mühitdə dayanıqlı inkişafına nail olmaq;
  • uşaqların himayədarlarının öz uşaqlarının qayğısına qalmaq və onları müdafiə etmək imkanlarının artırılması;
  • uşaqların və onların hüquqlarının müdafiəsi işində icmanın və tərəfdaşların təşviq edilməsi;
  • uşaqların müdafiəsi məqsədilə dövlət, ictimai və özəl sektorla strateji əməkdaşlıqların qurulması.

Mərkəzə gələcək 3-6 yaş qrupundan olan uşaqlar aşağıdakı tip ailələrdən seçilir:

  • Tənha valideynlər
  • Çoxuşaqlı ailələr
  • Aztəminatlı ailələr
  • Yaşı 20-yə qədər olan valideynlər
  • Qaçqın/məcburi köçkün ailəsi

Seçim meyarları:

  • Aşağı gəlirlilik
  • Hüquqi problemlər
  • Validenylərin xəstəliyi
  • Zəif valideynlik bacarıqları
  • Çətin və təhlükəli həyat şəraiti
  • Erkən yaşında evlilik (15-20 yaş)
  • İnsan alverinə məruz qalmış analar
  • Himayədarların əqli və fiziki əlilliyi
  • Narkotik və alkoqol alüdəçiliyi olan valideynlər

Mərkəzdə uşaqlar üçün xidmətlər:

  1. Təhsil dəstəyi
  • Fərdi və qrup məşğələləri
  • Məktəbəqədər hazırlıq
  • Gündəlik təhsil fəaliyyətləri
  1. Psixo-sosial dəstək
  • Davranışla bağlı psixo-sosial konsultasiyalar
  • Fərdi və qrup konsultasiyası
  • Özünəqulluq və Həyat bacarıqlarının inkişafı ilə bağlı məşğələlər
  • Əyləncəli tədbirlər

Mərkəzdə Valideynlər üçün xidmətlər:

  1. Valideynlik bacarıqları dəstəyi
  • Güclü valideyn-güclü uşaqlar təlimi
  • Ailə təlim proqramı
  • Uşaq Hüquqları və Müdafiəsi təlimi
  • Sosial problemlərlə bağlı konsultasiyalar
  1. İqtisadi dəstək
  • İş tapmaqda himayədarlara dəstək göstərilməsi
  • İş axtarışı və fərdi kiçik sahibkarlıq haqqında təlimlərinin keçirilməsi
  • Boş iş yerləri haqqında himayədarları məlumatlandırmaq