WIN-WIN

Gəlin birlikdə sizin və bizim brendlərimiz üçün qalib mühit yaradaq!

Bunu necə edəcəyik deyə düşünürsünüz? Sizin brendinizi və fəaliyyətinizi Siz hamıdan yaxşı bilirsiniz. Bəs brendiniz və biznesinizin ətraf mühit və sosial sahəyə təsiri barədə strategiyanız varmı? Bu barədə ictimaiyyət nə dərəcədə məlumatlıdır? Bəli var və Siz çox sayda layihələr icra edirsiniz. Sizin Korporativ Sosial Məsuliyyət və Xeyriyyəçilik çərçivəsində etdiyiniz işlərin nəticələrini ictimaiyyətə çatdırmaq və onlara faydalı olmaq kimi düşüncələriniz icmaların inkişafına yönəldilmişdir. Biz isə uşaq və gənclərin inkişafı, təhsili və gündəlik yaşam tələbatlarını qarşılamaq və onlara isti bir ev qurmaq kimi çətin missiyanı öz üzərimizə götürmüşük. Bu yolda bizim çoxlu sayda sizin kimi Dostlara ehtiyacımız vardır. Sizin cəmiyyətə faydalı olmaq istəyinizi və bizim ehtiyaclara yönəlik fəaliyyətləri birləşdirsək nəticədə hər birimiz Qalib olacağıq. Win-Win yanaşması məhz elə bundan ibarətdir. 

Siz bunları əldə edəcəksiniz:

  • Mövqe – sizin şirkət tanınmış və nüfuzlu beynəlxalq və milli bir təşkilatla əməkdaşlıq edəcək.
  • Güclənmək –müsbət imicin ötürülməsi vasitəsilə sizin brend güclənəcək.
  • Həvəslənmək – işçilərinizi həvəsləndirəcək – şirkətin dəyərləri inkişaf edəcək. Cəmiyyətimizdə sosial yönümlü dəyişikliklər üçün çalışdığınızı göstərməklə insanları səfərbər edəcəksiniz.
  • Nümayiş Etdirmək – Müştəriləriniz və biznes partnyorlarınız arasında korporativ sosial məsuliyyətinizi nümayiş etdirəcəksiniz.
  • Yüksəlmək sizin şirkətin ictimaiyyətdə tanıtımı yüksələcək.

Və…

Nəticə olaraq biz birlikdə aşağıdakı sinerjini yaratmış olacağıq:

  •  Biz uşaqlara kömək edəcəyik
  •  Bizim əməkdaşlıq yaxşı əməl üçün bir araya gəlməyin gözəl nümunəsi olacaqdır
  •  Biz insanlara isti və faydalı xeyriyyəçilik layihələrinə cəlb olunmağa imkan yaradacağıq